BİZNES

30 Sentyabr

Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində məhsul və xidmətlərini tanıtmaq istəyən KOB-ların nəzərinə!

KOB-ların məhsul və ximətlərinin tanıdılmasına dəstək məqsədilə "Rebuild Karabakh” Sərgisində KOBİA tərəfindən xüsusi stend qurulacaq.

Fins.az xəbər verir ki, 15-17 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 4-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi ("Rebuild Karabakh 2024") keçiriləcək.

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin tanıdılmasına, satış imkanlarını genişləndirməsinə və yeni biznes əlaqələri qurmasına dəstək məqsədilə bu il də sərgidə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) xüsusi stendlə təmsil olunacaq.

Məhsul və xidmətlərini ödənişsiz olaraq KOBİA-nın stendində sərgiləmək istəyən və fəaliyyət istiqaməti sərginin mövzusuna uyğun gələn KOB-lar 8 oktyabr 2024-cü il tarixinədək müvafiq formanı dolduraraq Agentliyə müraciət edə bilərlər: //bit.ly/3Rbs44I (Qeyd: “İştirak etmək istədiyiniz tədbir” bölümündə “Rebuild Karabakh 2024” qeyd olunmalıdır).

 

Zemfira Ms
Fins.az