“Absheron Transport” MMC, yol hərəkəti qaydalarına zidd olan inzibati xəta protokolu ilə cərimələnə bilər.
Fins.az xəbər verir ki, MMC barəsində protokol İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi əsasında tərtib edilib. Bu maddəyə görə, hüquqi şəxslərin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə edən fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqana (vəzifəli şəxsin) sorğusu daxil olduğu andan 5 gün ərzində verilməməsi halında, vəzifəli şəxslərə 150 manat, hüquqi şəxslərə isə 300 manat cərimə tətbiq edilir.
Məsələ Bakı Şəhər Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxov tərəfindən araşdırılacaq.
Fuad Mədətov
Fins.az