BİZNES

24 Sentyabr

Azərbaycan məhsulları üçün yeni bazar:“Azexport” ilə Baltikyanı şirkətlər arasında görüşlər keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalı ilə Latviya, Estoniya və Finlandiyadan olan şirkətlər arasında “B2B” görüşlər keçirilib.

Fins.az xəbər verir ki, görüşlərdə xarici şirkət nümayəndələrinə “Azexport” portalı və Rəqəmsal Ticarət Qovşağı platformasının fəaliyyətinə dair məlumatlar verilib. Azərbaycanda istehsal olunan hazır və xammal məhsullarının Finlandiya və Baltikyanı ölkələrə ixracına dair müzakirələr aparılıb, müvafiq əlaqələrin qurulmasında dəstək göstərilib.

Qeyd edək ki, görüş “Caspian Energy Club”ın təşkilatçılığı ilə keçirilən tədbirdə baş tutub. Tədbirdə informasiya və kommunikasiya texnologiyaları, rəqəmsal həllər, tikinti, qida, kənd təsərrüfatı və sertifikatlaşdırma sahələrində fəaliyyət göstərən yerli və xarici şirkətlərin nümayəndələri iştirak ediblər.

 

Zemfira Ms
Fins.az