BİZNES

24 Sentyabr

Entertainment.AZ-dan XƏBƏRDARLIQ! -TOST proqramı "fake"-dir

Son dövrlərdə TOST proqramı bir çox insanın 15-30 gün ərzində qoyduqları pulları çıxarıb qazanc əldə etmələri ilə məşhurlaşmışdır. Lakin bu proqramın qısa müddət ərzində bağlana biləcəyini unutmamalıyıq. Proqramın özündə 2018-ci ildən fəaliyyət göstərdiyi iddia edilsə də, araşdırmalarımız nəticəsində bu məlumatın doğru olmadığı aşkarlandı.

Bu barədə Fins.az-a "Entertainment.AZ" Biznes Klubu Komandasından məlumat verilib.

"Araşdırmalarımız zamanı TOSTQ saytına istinad etdik və məlum oldu ki, sayt 2023-cü il dekabrın 23-də qeydiyyatdan keçib. Daha dərindən araşdırma apardıqda, bütün izlərin İslandiyada yerləşən bir firmaya aparıldığı aşkarlandı. Bu firma dələduzluq fəaliyyəti ilə məşğuldur və müştərilərin məlumatlarını gizlədir. Qeyd edilməlidir ki, bu firma virtual ofis olaraq qeydiyyatdan keçsə də, gerçəkdə heç bir yerdə qeydiyyatı və işçiləri yoxdur.

Bundan əlavə, TOST şirkətinin ABŞ-da göstərdiyi ünvana da baxdıq, lakin orada belə bir firma tapılmadı. Onların təqdim etdiyi sertifikat isə onlayn alınıb və sertifikatın tərkibində bütün ştatlarda fəaliyyət göstərə biləcəyi bildirilsə də, gerçəkdə bir dənə də olsun filialları yoxdur.

Bəs, TOST proqramı sizə necə qazanc əldə edəcəyinizi deyir? Guya ki, bir platformadan ucuz kripto pul vahidlərini alaraq, digər platformada baha satıb qazanc əldə edirlər. Elde edilən gəlir isə iki yerə bölünür: yarısı sizə, yarısı özlərinə. Belə əməliyyatlar həqiqətən də mövcuddur, lakin yalnız böyük pullarla edilir və qazanc nisbətən kiçikdir. Bu prosesi "vilkadan istifadə" adlandırırlar. Həmçinin, bu əməliyyatları TOST proqramında göstərilən platformalarda deyil, başqa platformalarda həyata keçirmək mümkündür.

Düzdür, bu platformadan yaxşı pul qazanmaq mümkündür, lakin indiki dövrdə həyəcan siqnalları var. Belə ki, platforma bu həftə qoyulan 123 ABŞ dolları üçün 123 ABŞ dolları əlavə bonus verməyi vəd edir. Bu, platformanın yaranma tarixində ilk dəfədir ki, belə bonuslar tətbiq olunur. Yəni, əgər bu həftə pulunuz varsa, təcili çıxarmanız tövsiyə olunur; çünki platformanın bağlanması üçün ciddi zəmin siqnalları mövcuddur.

Təcrübəsiz investorların bu cür proqramlara diqqət etmələri və ehtiyatlı olmaları vacibdir. Sizin maliyyə təhlükəsizliyiniz hər şeydən önəmlidir".

Entertainment.AZ Biznes Klubu Komandası
Bizi Instagramda izləyin: @Entertainment_business_club