İtaliya məhkəməsi Ferrari-nin prezidenti Con Elkanın və Stellantis-in başçısının aktivlərini həbs edib.
Reuters-in məlumatına görə, bu qərar Con Elkan və daha dörd şəxsin təxminən 75 milyon avro dəyərində aktivlərinin müsadirə olunması ilə nəticələnib. Turin prokurorluğu 2019-cu ildə alınmış irs üçün vergilərin ödənilmədiyini iddia edir.
Fins.az xəbər verir ki, bu tədbir 2024-cü ilin əvvəlində başlanan araşdırmanın bir hissəsi kimi həyata keçirilib. Elkan ailəsinin hüquqşünasları isə bu addımın sırf prosessual xarakter daşıdığını və heç bir məsuliyyət anlamına gəlmədiyini bildirirlər.