Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 25 kiloqramdan artıq gümüşün qanunsuz yolla gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.
Bu barədə Fins.az-a Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Qeyd edilib ki, Bakı-İstanbul aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşının baqaj yüklərinə rentgen qurğusunda keçirilən baxış zamanı şübhəli təsvirlər müşahidə olunub.
2 ədəd baqaj yüklərində aparılan yoxlama zamanı ümumilikdə 77 ədəd kütlədən ibarət 25 kiloqram 56 qram gümüş aşkar edilib.
Fuad Mədətov
Fins.az