BİZNES

02 Sentyabr

Rusiyanın ən zəngin iş adamları

2024-cü ilin əvvəlindən etibarən Rusiyanın ən zəngin iş adamlarının sərvəti əhəmiyyətli dərəcədə artıb. Bu barədə "Bloomberg Billionaires Index" nəşri məlumat yayıb.

Sərvət artımı baxımından diqqətçəkən şəxslər arasında "Severstal"ın təsisçisi Aleksey Mordaşov ön plandadır. Mordaşov ilin əvvəlindən 5,73 milyard dollar qazanaraq sərvətini 26,6 milyard dollara yüksəldib. Eyni dövrdə Eurochem və SUEK-in həmtəsisçisi Andrey Melniçenkonun sərvəti 5,26 milyard dollar artaraq önəmli bir yüksəliş göstərib.

"Lukoyl"un təsisçisi Vahid Ələkbərov da sərvətini 3,59 milyard dollar artıraraq 28,2 milyard dollara çatdırıb.

Bununla belə, Rusiyanın ən böyük dəmir filizi istehsalçısı olan "Metalloinvest"in səhmdarı Əlişir Usmanov bu dövrdə ən böyük itkiləri yaşayıb. Usmanovun sərvəti 5,51 milyard dollar azalaraq 15,6 milyard dollara düşüb.