BİZNES

01 May

Özbəkistanla Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişaf imkanları müzakirə olunacaq

"Özbəkistan Respublikasına işgüzar səfərimiz çərçivəsində Azərbaycan – Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclasında, Daşkənd Beynəlxalq İnvestisiya Forumunda, həmçinin Özbəkistan və Qazaxıstan nazirləri ilə üçtərəfli görüşdə iştirak edəcəyik".

Fins.az xəbər verir ki, bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında paylaşım edib.

"Özbəkistanın bir sıra hökumət nümayəndələri ilə ölkələrimizin ortaq maraqlarına xidmət edən təşəbbüslər və iqtisadi əməkdaşlığımızın inkişafı imkanları ətrafında müzakirələr aparacağıq", - nazir əlavə edib.