3 aprel və 8 aprel tarixlərində “Norm” ASC tərəfindən müqəddəs Ramazan ayı münasibətilə iftar süfrələri açılıb. Tədbirlərə Mətbuat Şurasının rəhbərliyi də daxil olmaqla, müxtəlif media orqanlarından qonaqlar dəvət olunub.
Fins.az xəbər verir ki, İftar tədbirləri boyunca şirkət nümayəndələri tədbir iştirakçıları ilə söhbət edib, xoş niyyətlərini bölüşüblər.
Qeyd edək ki, şirkətin media mənsubları ilə səmimi münasibətləri və həmrəyliyə verdiyi əhəmiyyət bu tədbirlərin artıq ənənə halını almasına gətirib çıxarıb.
“Norm” ASC bütün Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edir, bol ruzi-bərəkət və əminamanlıq arzu edir!