BİZNES

13 Aprel

Bu il Azərbaycan xaricə neçə ton tomat satıb?

2024-cü ilin yanvar-fevral ayları ərzində Azərbaycan tomat ixracını artırıb.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə Azərbaycan xaricə 30 002.09 min ABŞ dolları dəyərində 21 724.47 ton tomat satıb. Tomat ixracı qeyri-neft sektoru üzrə ixracın çəkisində 6.59 faizlik paya sahibdir.

Qeyd edək ki, keçən ilin yanvar-fevral aylarında Azərbaycan 19 091.58 min ABŞ dolları dəyərində 15 498.51 ton tomat ixrac edib.