BİZNES

26 Fevral

Caspian Energy Club International dünyanın ən xoşbəxt ölkəsi hesab olunan Finlandiyada

Niyə məhz Finlandiya?

Finlandiyanı və fin şirkətlərini biznes partnyoru seçməniz üçün bir çox səbəb var. Onlardan dördünü sizin diqqətinizə çatdırmaq istərdim:

  1. Ən xoşbəxt insanlar

BMT-nın Dünya Xoşbəxtlik Hesabatına görə, Finlandiya dünyanın ən xoşbəxt ölkəsi hesab olunur (2018, 2019, 2020, 2021, 2022 və 2023).

Biz Finlər, gündəlik həyatımızdan məmnununq. Səbəblərdən biri isə ətraf mühitdir. Stabil cəmiyyətin mövcudluğu da öz rolunu oynayır: biz ən azad seçki sistemlərindən birinə sahibik və dünyanın ən az korrupsiyalaşmış ölkələrindən biri hesab olunuruq.

Xoşbəxt həm də Finlərin etibarlı olması deməkdir; Finli söz verirsə, yerinə yetirir.

  1. Ən yaxşı təhsil

Finlandiya dünyanın ən yaxşı təhsil sistemlərindən birinə sahibdir;

“Universitas 21” tərəfindəntəqdim edilən milli ali təhsil sistemlərinin reytinqinə əsasən, ölkələrin iqtisadi inkişaf səviyyələri nəzərə alındıqda, Finlandiya universitetləri dünyanın ən yüksək göstəriciləri arasındadır.

Xoşbəxt həyat və ən yaxşı təhsil diyarını seçin! Finlandiya dünyanın ən yaxşı ali təhsil sisteminə sahib macara dolu və təhlükəsiz bir şimal ölkəsidir. Finlandiya hər kəs üçün daha yaxşı həyat və parlaq gələcəyi bəxş edəcək bir təhsili dəstəkləyir.

Ölkə ingilis dilində tədris olunan yüzlərlə bakalavriat və magistratura proqramlarını və sonra stimullaşdırıcı karyera perspektivlərini təklif edir.

Əgər kifayət qədər dil bilikləriniz varsa və fin dilinin öhdəsindən gəlməyi bacarırsınızsa, bizim gənclərin təhsil sistemimizə qoşulmaları üçün təqdim etdiyimiz imkanlarımızdan və xidmətlərimizdən tam yararlana bilərsiz.Orta məktəblər və peşə məktəbləri fin dilində təhsil almaq üçün dünyanın hər yerindən gəncləri qəbul edir.  Tərəfdaşlarımız dil sahəsində sizə köməklik göstərəcəklər.

Təhsil Finlandiya üçün vacib bir ixrac xidmətidir. Təhsil təşkilatlarımız və təhsil sahəsində yüksək texnologiyalara əsaslanan şirkətlərimiz dünya səviyyəli xidmətlərimiz üçün satış bazarlarını fəal şəkildə axtarırlar.

  1. Təmiz ətraf mühit və yüksək keyfiyyətli təmiz texnologiyalar sahəsində təcrübə

ÜST Finlandiyadakı havanın keyfiyyətini dünyada ən yaxşılarından hesab edir. UNICEF Finlandiya göllərini dünyanın ən təmiz gölləri hesab edir. Finlandiya 2016-cı il üçün ekoloji səmərəlilik baxımından dünyanın ən yaxşı ölkəsidir. Dünya İqtisadi Forumu (2014-2015) Finlandiyanı təmiz texnologiya sahəsində tətbiq etdiyi innovasiyalara görə birinci yerə layiq görmüşdü.

Böyük təhsil sektorumuzun köməyi ilə şirkətlərimiz ən yaxşı, ixtisaslı mühəndisləri, informasiya texnologiyaları sahəsində geniş biliyə və təcrübəyə malik olan, həmçinin texnologiyanın inkişafı və tətbiqi üzrə mütəxəssisləri yetişdirir.

TƏMİZ SU SAHƏSİNDƏ ƏN YAXŞI TƏCRÜBƏ

Finlandiyanın dünya səviyyəli təmiz su təcrübəsinə malik olması, ölkədə içməli suyun bakteriya və təhlükəli viruslardan azad olmasını təmin edir.  Finlandiyada içməli su, əksər qablaşdırılmış su brendlərindən daha yaxşıdır. Finlandiyanın çirkab sularının təmizlənməsi sistemi dünyanın ən yaxşılarından biridir, bu da sərt qanunvericilik və hakimiyyət tərəfindən aparılan nəzarət ilə əlaqəlidir. Kağız, sellüloz, mədənçilik və minerallar kimi su tələb edən sənaye sahələrinə baxmayaraq, Finlər tullantı sularını yerində təmizləyərək minlərlə göllərini təmiz saxlamağa çalışırlar.

BƏRPA OLUNAN ENERJİ TEXNOLOGİYALARI SAHƏSİNDƏ QABAQCILÖLKƏ

Finlandiyada enerjinin 40%-ı biokütlə, hidroenerji, külək və günəş enerjisi kimi bərpa olunan mənbələrdən əldə edilir. biokütlə ilə tullantıları enerjiyə çevirəcək sistemlər.

Bu sektorlarda əməkdaşlıq etmək istəyən kifayət qədər şirkətlərimiz var.

  1. ”Sisu”

Qanımızda axan qəribə (lakin yaxşı) bir şey var: ”Sisu”. Bu, milli psixikamızı və millətimizin xarakterini təsvir edən düşüncə tərzidir.  Bəziləri  bunu Amerika arzusun fin variantı hesab edir.

Finlandiyanın sərt və mürəkkəb tarixi, tez-tez hökm sürən şiddətli hava şəraiti qan damarları Sisu ilə dolu olan finlərin əməyidir. Əsrlər boyu Finlandiya sisu sayəsində çətin  dövrləri aşa bilib. Məsələn, Finlər xarici qoşunların işğalını aradan qaldırdılar və bizi Ikinci dünya müharibəsindən və böyük düşməndən qoruya bildilər. Bu baradə o vaxt " New York Times" da (1940) qeyd edilmişdir: “Finlərin sisu adlandırdıqları bir şey var. Bu cəsarət, gərginlik və inadkarlıq, bir çox insanın təslim olub dayanacağı halda, qələbə çalmaq əzmi ilə mübarizəni davam etmək deməkdir”.

Bunu bir sözlə və ya bir cümlə ilə təsvir etmək çox çətindir. Geniş mənada iradə gücü, qətiyyət, əzm və beyninizdən vicdanla istifadə edərək hərəkət etmək bacarığı deməkdir.  Bu, sərhədlərinizi aşmaq və demək olar ki, qeyri-mümkün tapşırıqlara cəsarətlə qarşılamaqdır.

Mərc edə bilərsiniz ki, Sisu bizə biznes məqsədlərinə çatmağa da kömək edir. Verdiyimiz sözün arxasında duracağımıza etibar edə bilərsiniz, çətin anları birlikdə keçəcəyik və heç vaxt təslim olmayacağıq. Əməkdaşlıq səyləri və qarşılıqlı qazanc damarlarımızdakı qanda mövcuddur.

Finlandiyadan olan şirkətlər European Union Central Baltic proqramı tərəfindən yaradılan LEF Network Azerbaijan layihəsinin rəsmi tərəfdaşlığı əsasında Caspian Energy Club International tərəfindən keçirilən və Latviya, Estoniya, Finlandiya və Azərbaycan arasında yeni texnologiyaların inkişafı və təhsil sahəsində əməkdaşlıq mövzusunun müzakirəsinə həsr olunmuş B2B Education Forum-da iştirak ediblər. Həmçinin məlumatlandırmaq istərdik ki, 12-14 Mart 2024 tarixində daha artıq şirkətlərin Azərbaycana proqram çərçivəsində yenidən səfəri baş tutacaqdır. Hansı ki, onlar üzbəüz B2B görüşlərdə, LEF B2B Forumda, həmçinin Caspian Energy Club tərəfindən həyata keçirilən biznes turlarda iştirak edəcəklərdir.

Caspian Energy Club International 2023-cü ildə Caspian Energy Club-un beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində Caspian Energy Club International dünyanın 100 ölkəsində klubun fiziki ofislərini yaratmağı planlaşdırır. Caspian Energy Club International-ın əsas funksiyalarından biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

Nə gözləyirsiz? Gəlin əl sıxaq və birlikdə işləyək!