Bu ilin yanvar ayında Azərbaycanın Estoniya ilə ticarət dövriyyəsinin ümumi həcmi 3 dəfədən çox və ya 902,8 min ABŞ dolları artaraq 1,3 milyon dolları üstələyib.
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk ayında Azərbaycandan Estoniyaya 757,5 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü ilin eyni göstəricisindən 10,6 dəfə və ya 686,1 min dollar çoxdur.
Estoniyadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 59,2 faiz və ya 216,6 min dollar artaraq 582,6 min dollar təşkil edib.
2024-cü ilin yanvar ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Estoniya ilə ticarətin payı 0,04 faiz təşkil edib ki, bu da bir il öncəki eyni göstəricidən 0,03 faiz bəndi çoxdur.