Qırğızıstanın Azərbaycan və Gürcüstandakı səfiri Kayrat Osmonəliyev “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Samir Rzayev ilə görüşüb.
Fins.az Qırğızıstanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, tərəflər bu ilin ikinci rübündə Bakı ilə Bişkek arasında birbaşa uçuşların bərpasını müzakirə ediblər.
Səfir iki ölkə arasında birbaşa uçuşların ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, xüsusilə turizm və iqtisadi diplomatiyanın inkişafı baxımından əhəmiyyətini qeyd edib.