BİZNES

16 Fevral

Bəzən satıcıdan marketoloqun nəticələrini gözləyirlər – Emin Qasımov

“CHANGE Group” şirkətinin rəhbəri Emin Qasımovun Fins.az-a müsahibəsi.

- Şirkətin fəaliyyət istiqaməti nədir və əsas iş prinsipiniz nədən ibarətdir?

- Hazırda İT sahəsi ürə fəaliyyət göstəririk. Daha əvvəl isə fərqli sahələrlə çalışmışıq. Konsaltinq və biznes proseslərinin avtomatlaşdırılması xidmətlərini həyata keçiririk.

Mən hazırda başqa bir şirkətlə əməkdaşlıq edirəm. Bu şirkətin sayəsində beynəlxalq şirkətin distributoruyuq.

- Bugünkü informasiya texnologiyalar bazarını necə dəyərləndirirsiniz?

- Əslində böyük şirkətlər düşünür ki, transformasiya bu dəqiqə vacib məsələdir. Yəni bundan istifadə etməsələr bazardan geri qalacaqlar. Kofeşoplardan tutmuş, kommersiya şirkətlərinə qədər hamısı hesablayır ki, ayın sonu xeyiri və ziyanı nə qədərdir? Bunun üçün isə rəqəmsal hesablamar lazımdır ki, biz də bunu müştərilərə təqdim edirik.

Xidmət olaraq “Devoloper” xidmətləri təklif edirik. Bura maliyyə və CRM sistemləri (CRM – Müştərilərlə Əlaqələrin İdarəetmə Sistemləri) daxildir. Bu sistemlərdə ortaq proqram təminatı mövcuddur. Bununla bir neçə insan eyni vaxtda iş görə bilər. Hər bir insan onun funksionallağını bilir. Biz bu tip proqram təminatını təklif edirik.

- Bildiyimiz kimi, ölkə üzrə kiçik və orta sahibkarlar çoxluq təşkil edir. Onlar mikro sahibkar olmaq üçün müəyyən alətlərdən istifadə edirlər. Siz bu sahibkarlara necə kömək və  dəstək olmaq imkanınız var?

- Biz əsasən böyük şirkətlərlə və dövlət qurumlarıyla çalışırıq. Kiçik şirkətlərə proqram ondan ötrü lazımdır ki, təməl qurulsun. Onlara tövsiyyə edirəm ki, hər hansı bir işə başlayırlarsa, sıfırdan qursunlar. Bizdə onlar üçün startap proqramlar var ki, onlardan istifadə edərək şirkət üçün tətbiq edə bilərlər.

- Ölkədaxili biznes bazarına qatqınız nədən ibarətdir?

- Buna qısa olaraq belə cavab verə bilərəm ki, təməlin qoyulması üçün İT alətlər lazımdır.

- Xarici şirkətlərdən təkliflər alırsınız?

- Biz beynəlxalq şirkətik. Azərbaycan daxil, Özbəkistan, Qazaxıstan, Türkiyə və  Ukrayna ilə əməkdaşlıq edirik. Çalışırıq ki, əhatəmizi daha da genişləndirək.

- Xarıci şirkətlər Azərbaycanda hansı sahəyə maraq göstərir?

- Biz yalnız İT üzərindın fəaliyyət göstəririk. Azərbaycanda “PAŞA Group”la,  İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, DOST Xidməti, Beynəlxalq Bank və Kapital Bank, Özbəkistanda “Bline” və digər ölkələrdə bir sıra şirkət və dövlət qurumları ilə əməkdaşlıq edirik. Bizim 150-dən çox portfoliomuz var.

- Mebel və marketinq sahəsində də xidmətləriniz olub. Mebel sənayesini Azərbaycanda necə dəyərləndirirsiniz?

- Azərbaycanda biznesə başlamaq bizim üçün çox rahat biznes sahəsidir desəm, yanılmaram. Azərbaycanda mebel işini başlamaq çox rahatdır. Bu sahəni pozitiv biznes sahəsi kimi dəyərləndirirəm.

- Kapitalist bazarlarda partizan marketinq, yoxsa real marketinq amilləri hökmramlıq edir?

- Bəzən marketoloqu satıcı ilə səhv salırlar və satıcıdan marketoloqun nəticələrini gözləyirlər. Marketinq bazarı yaradıb və onun idarə olunması deməkdir. Bu sahənin məsuliyyəti daha çoxdur və bu sahəni daha geniş maarifləndirməliyik. Maarifləndirmə geniş olarsa, müəyyən zaman çərçivəsində problem yaranmaz. Yəni, bir sözlə, problem sahibkarlardadır. Mənə çox investisiya təklifləri gəlib, amma baxırsan ki, düzgün etmərəm deyə, tərəddüdlərim olur. Bunu etmək üçün bacarıq lazımdır və müdrik düşünsən, müəyyən qədər risk etməyə dəyər.

- Azərbaycanda sahibkarlar daha çox hansı problemlərlə üzləşirlər?

- Düşünürəm ki, savadsızlıq böyük bir problemdir. Məlum məsələdir ki, heç kimi incitmək istəmirəm. Avropadan fərqli olaraq bizdə sahibkarlıq məktəbi yoxdur. Azərbaycanda isə bu yeni-yeni başlayır. KOBİA-nı (Kiçik və Orta Biznesin İnkişafı Agentliyi) misal gətirmək olar. Amma düşünürəm ki, bu, daha azdır və bunu genişləndirmək lazımdır.

- Azərbaycanın biznes sektorunu dünya bazarına çıxmaq üçün nə təklif edərdiniz?

- Hər bir sahibkar 1 il yox, 3-5 il sonranı görməlidir. Vizyon və məqsəd olmalıdır və fərdi olaraq öz üzərində işləməlidir. Biznes sektorunda ən əsas menecmenti düzgün aparmaq lazımdır. Şirkətin qurulması ilə ilk gündən düzgün addımlar atılmalıdır. Sıfırdan başlayanda ağ şəkildə qursanız və sübut olacaq ki, düzgün şəkildə gedirsiniz.

- Hər bir ölkənin öz qanunvericiliyi var. Beynəlxalq qanunlar burada öz təsirini göstərir. Bunları nəzərə alaraq, sahibkarlər nə etməlidir?

- MDB ölkələrinin üzərində çox qanunlar oxşardır, yəni müəyyən xidmətlər eynilik təşkil edir. Əgər Azərbaycanda mühasibatlığı düzgün qurursunuzsa, digər ölkələrdə rahat işləyə biləcəksiniz.

Fuad Mədətov
Fins.az