Almaniyada ipoteka mənzil maliyyəsini təmin edən Alman İpoteka Bankları Assosiasiyası (VDP) bütün ötən il və son rüb üçün ev qiymətləri məlumatlarını açıqlayıb.
Fins.az xəbər verir ki, Almaniyanın daşınmaz əmlak bazarında böhranın sonu hələ də göz qabağındadır. 2023-cü ilin dördüncü rübündə mənzil qiymətləri əvvəlki rüblə müqayisədə orta hesabla 1,6 faiz ucuzlaşıb. 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz azalma olub.
Alman kommersiya daşınmaz əmlak qiymətləri son rübdə bir əvvəlki rüb görə 4,9% və illik bazda isə 12,1% azalaraq qeydlərin tutulmasından bu yana ən kəskin enişi qeyd etdi.
VDP Baş İcraçı Direktoru Jens Tolckmitt məsələni dəyərləndirərkən, "İctimaiyyətdə tez-tez spekulyasiyalara baxmayaraq, daşınmaz əmlak qiymətlərindəki tendensiyanın tərsinə çevrilməsi hələ də görünmür. Vəziyyət 2024-cü ildə çətin olmağa davam edəcək" dedi.
Günel Məlikzadə
Fins.az