“Park Academy” yaşayış kompleksinin bütün zəruri infrastrukturun yer aldığı ərazidə sakinlərin rahatlığı üçün hər bir detal düşünülmüşdür.
Fins.az xəbər verir ki, H.Cavid prospekti 26 ünvanında inşa edilən “Park Academy” yaşayış kompleksi unikal yerləşmə mövqeyinə malikdir. Qarşısında metronun “Elmlər Akademiyası” stansiyası, həmçinin universitetlər, məktəblər, Hüseyn Cavid parkı, Akademiya bağı və müxtəlif dövlət qurumları yerləşir.
Yaşayış kompleksinin satış şərtləri nağd və ipoteka yolu ilə mümkündür.
Mənzil planlarına görə 91,36 m²-dən 318,61 m²-dək qara suvaqlı mənzillərin hər kvadratmetrin (m²) qiyməti 3 800 manatadır.
“Park Academy” yaşayış kompleksində hər iki tərəfə çıxışlı – yelçəkən mənzillər sahiblərinin rahatlığı üçün düşünülüb. Çıxarışlı və optimal planlaşdırılmış mənzillərin sahəsi daxili perimetr üzrə hesablanır.
Fuad Mədətov
Fins.az