Amerika Təchizat İdarəetmə İnstitutunun (ISM) məlumatına əsasən, ölkənin Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (ISM Manufacturing) dekabr ayı ilə müqayisədə yanvar ayında 51.4 bənd səviyyəsindən 52.9 bənd səviyyəsinə qədər artıb.
Fins.az xəbər verir ki, analitiklər göstəricinin 51 bənd səviyyəsinə enəcəyini proqnoz etmişdilər.
ABŞ-ın Sənaye Sektorunda Biznes Aktivliyi İndeksinin ötən ay ilə müqayisədə dəyişməyəcəyi ehtimal olunsa da, göstərici 47.9 bənd səviyyəsindən 50.3 bənd səviyyəsinə qədər artıb.
Eyni zamanda, Sənaye və Xidmət Sektorlarında Kompozit Biznes Aktivliyi İndeksi göstəricisi (PMI), ilkin hesablamalara görə, 50.9 bənddən 52.3 bəndədək artıb.