BİZNES

18 Yanvar

"TikTok Startap Akademiyası"nın fəaliyyəti ilə bağlı fikir mübadiləsi olub - Mikayıl Cabbarov

İqtisadiyyat naziri Mikayıl Cabbarov "TikTok"un vitse-prezidenti ilə görüşüb.

Fins.az xəbər verir ki, bunu Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Davos İqtisadi Forumu çərçivəsində TikTok şirkətinin vitse-prezidenti Helena Lerş ilə görüşdə Azərbaycanda startap ekosisteminin inkişafı istiqamətində görülən işlər, "TikTok Startap Akademiyası"nın fəaliyyəti, sosial platformaların biznesin potensialının təqdim edilməsi üçün əhəmiyyəti və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq", - deyə, nazir qeyd edib.

Fuad Mədətov
Fins.az