BİZNES

17 Yanvar

2023-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 16% artıb

2023-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 16% artaraq 35 milyard 574,8 milyon manat təşkil edib.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il büdcənin xərcləri isə 13,7% artaraq 36 milyard 458,5 milyon manata yüksəlib.

Nəticədə ötən il büdcə kəsiri 883,7 milyon manat təşkil edib. Bu isə 2022-ci ilə nisbətən 37% azdır. Belə ki, 2022-ci ildə büdcə kəsiri 1 mlrd. 402,8 mln. manat təşkil edib.

Fuad Mədətov
Fins.az