BİZNES

17 Yanvar

"Carlsberg Group" şirkətinin baş icraçı direktoru ilə yeni əməkdaşlıq imkanları dəyərləndirilib - Mikayıl Cabbarov

Davos İqtisadi Forumu çərçivəsində "Carlsberg Group" şirkətinin Azərbaycanda istehsalının lokallaşdırılması sahəsində görülən işlər müzakirə olunub.

Fins.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir "Carlsberg Group" şirkətinin baş icraçı direktoru Yakob Orup-Andersen ilə yeni əməkdaşlıq imkanlarını dəyərləndirib:

“Azərbaycandakı uğurlu fəaliyyəti və ölkəmizdə aparılan iqtisadi islahatların biznes mühitinə müsbət təsiri barədə danışdıq. Şirkət tərəfindən ölkəmizdə istehsalın lokallaşdırılması sahəsində görülən işləri və yeni əməkdaşlıq imkanlarını dəyərləndirdik”.

Fuad Mədətov
Fins.az