BİZNES

15 Yanvar

Azərbaycanda vergi daxilolmaları 3,8 % artıb - Mikayıl Cabbarov

2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2022-ci il ilə müqayisədə 3,8 % çox - 16 milyard 126,7 milyon manat vəsait daxil olub.

Fins.az xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"O cümlədən, qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 19,3 % artaraq 9 milyard 70,8 milyon manata çatıb.

Ölkəmizin maliyyə dayanıqlığının təmin edilməsində vergilərin rolu ildən-ilə artır", - deyə nazir əlavə edib.

Fuad Mədətov
Fins.az