BİZNES

12 Yanvar

Türkiyə Azərbaycana kimyəvi maddə məhsulları ixracını 1,4 faiz artırıb

Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycana kimyəvi maddə məhsulları ixracını 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz artıraraq 499,3 milyon dollara çatdırıb.

Fins.az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2023-cü ilin dekabr ayında Türkiyənin Azərbaycana kimyəvi maddə məhsulları ixracatı 2022-ci ilin eyni ayı ilə müqayisədə 8,5 faiz azalaraq 48,2 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin kimyəvi maddə ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz azalaraq, 30,6 milyard dollara bərabər olub.

2023-cü ilin dekabr ayında Türkiyə 2,7 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 0,4 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2022- dekabr 2023) Türkiyə 30,6 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.

Fuad Mədətov
Fins.az