BİZNES

03 Yanvar

Həştərxan şirkətləri Azərbaycana balıq məhsulları tədarük etməyə başlayıb

Balıq delikatesləri, o cümlədən, qara kürü və nərə balığının istehsalı və satışı ilə məşğul olan Həştərxan şirkətləri ilk dəfə olaraq Azərvaycana öz məhsullarını tədarük etməyə başlayıb.

Fins.az xəbər verir ki, bu barədə "Kasprıba" Balıqçılıq və Balıq Emalı Müəssisələri İttifaqının rəhbəri Andrey Markin "TASS" agentliyinə bildirib.

Balıq və balıq delikateslərinə xaricdə son dərəcə yüksək tələbat olduğunu deyən Markin Azərbaycana balıq məhsullarının tədarükünə ilk dəfə başladıqlarını bildirib.

"Bu, əsasən, çiy balıqdır və orada aktiv şəkildə emal olunur. Həştərxan balığı xəşəm, çapaq və sazandır və yerli milli yeməklərin hazırlanmasında istifadə olunur. Həmçinin, bu istiqamətdə delikates məhsulların - qara kürü və nərə balığının - tədarükləri başlayıb", - o deyib.

Markin, həmçinin, bağlanmış sazişlər çərçivəsində Qazaxıstan və Belarusa müxtəlif növ Həştərxan balıqlarının tədarüklərinin davam etdiyini qeyd edib.