BİZNES

08 Dekabr

İxrac iqliminin pisləşməsi davam edir

Avro Zonasında iqtisadi aktivliyin davam edən daralması səbəbindən ixrac iqliminin pisləşməsi noyabr ayında da davam edib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, İstanbul Sənaye Palatası Türkiyə İstehsalat Sektoru İxrac İqlimi İndeksi, milli PMI anketlərində PMI istehsal indekslərinin birləşdirilməsi və ağırlaşdırılması ilə hesablanmış, ardıcıl dördüncü aydır 50 barajının altında qalaraq noyabrda 49,5 səviyyəsində olmuşdur.

Bununla belə, oktyabrda 48,5 olan dəyərlə müqayisədə yüksələn indeks, ixrac tələbi şərtlərindəki pisləşmənin azaldığını və mövcud daralma tendensiyasının ən mülayim səviyyəsinə çatdığını göstərir.

İqtisadi aktivliyin azalması noyabrda əsasən Avrozonada baş verib. Almaniya, İtaliya, Fransa, İspaniya və Hollandiyada daralmalar qeydə alınıb. Digər tərəfdən, söz mövzusu ümumi iqtisadiyyatlarda daralmalar oktyabr ayı ilə müqayisədə yavaşladı. Bu vəziyyətin yeganə istisnası olan İspaniyada istehsal əvvəlki araşdırma dövründə üfüqi qaldıqdan sonra noyabr ayında azalıb.

Günel Məlikzadə
Fins.az