BİZNES

09 Dekabr

ABŞ-da ISM xidmət indeksi gözləntiləri üstələyib

ISM noyabr ayı üçün xidmət sektoru PMI məlumatlarını açıqladı.

Fins.az xəbər verir ki, ABŞ-da Təchizat İdarəetmə İnstitutunun (ISM) xidmət sektoru Satınalma Menecerləri İndeksi (PMI) aylıq bazda 0,9 bənd artaraq, noyabr ayında bazar gözləntilərini aşaraq 52,7-yə yüksəldi.

Bazar gözləntiləri bu dövrdə indeksin 52 dəyərinə çatacağı idi.

Xidmət sektorunda artımın sürətləndiyini göstərən indeks oktyabr ayında 51,8 olaraq qeyd edildi.

Noyabrda istehsal indeksi aylıq bazda 1 bənd artaraq 55,1-ə yüksələrkən, yeni sifarişlər indeksi dəyişməyərək 55,5-də qaldı. Bu dövrdə məşğulluq indeksi 0,5 bənd artaraq 50,7-yə yüksəlib.

Günel Məlikzadə
Fins.az