Almaniya Federal Statistika İdarəsi (Destatis) oktyabr ayı üzrə ölkənin xarici ticarət məlumatlarını açıqlayıb.
Fins.az xəbər verir ki, ölkədə mövsüm və təqvim təsirlərindən təmizlənmiş ixrac oktyabr ayında bir əvvəlki aya görə 0,2% azalaraq 126,4 milyard avroya çatdı. Ölkə ixracatının iki ay dalbadal gözləntiləri üstələməsi diqqət çəkir.
Bazar gözləntisi ölkənin oktyabr ayı ixracatının 1,1 faiz artacağı idi. Oktyabrda idxal 1,2 faiz azalaraq 108,6 milyard avroya düşüb.
Beləliklə, Almaniyanın mövsüm və təqvim təsirlərindən təmizlənmiş xarici ticarət profisiti 16,7 milyard avro oldu. 2022-ci ilin oktyabr ayında profisit 7,8 milyard avro olaraq qeydə alınıb.
2022-ci ilin oktyabr ayı ilə müqayisədə ixrac 8,1 faiz, idxal isə 16,3 faiz azalıb. İxracın azalması əsasən zəif Avropa ticarəti ilə bağlı olub.
Almaniyanın oktyabr ayı ixracının 67,9 milyard avrosu Avropa İttifaqı (Aİ) ölkələrinə olub. Ölkənin idxalının 56,9 milyard avrosu Aİ ölkələrindən olub.
Sentyabr ayı ilə müqayisədə Aİ ölkələrinə ixrac 2,7 faiz, bu ölkələrdən idxal isə 2,8 faiz azalıb.
Günel Məlikzadə
Fins.az