TeamSec Dubaydan aldığı innovasiya lisenziyası ilə ənənəvi maliyyə aktivlərini rəqəmsal tokenlərə çevirəcək bir layihə hazırlayacaq.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, süni intellektlə dəstəklənən və bulud əsaslı sekuritizasiya xidmətləri göstərən TeamSec Dubay Beynəlxalq Maliyyə Mərkəzindən (DIFC) innovasiya lisenziyası alıb.
Şirkətin rəqəmsal aktivlər və sekyuritizasiya sahələrini bu lisenziya ilə birləşdirməsi nəzərdə tutulur. Layihə ənənəvi maliyyə aktivlərinin rəqəmsal tokenlərə çevrilməsini nəzərdə tutur.
Şirkətin verdiyi açıqlamaya görə, son 5 ayda Türkiyədə 155 milyon dollar dəyərində sekuritizasiya həyata keçirilib.
Günel Məlikzadə
Fins.az