BİZNES

03 Dekabr

İqtisadi etimad indeksi azalaraq 95,3-ə çatıb - TÜRKİYƏ

Türkiyə Statistika Təşkilatı (TÜİK) noyabr ayı üzrə iqtisadi etimad indeksini açıqlayıb. Buna görə iqtisadi güvən indeksi noyabr ayında 95,3-ə gerilədi.

Fins.az xəbər verir ki, iqtisadi etimad indeksi noyabrda 1,3 faiz azalaraq 95,3-ə çatıb. Oktyabr ayında indeks 96,5 səviyyəsinə çatdı.

Əvvəlki aya görə noyabr ayında İstehlakçı Güvən İndeksi yüzdə 1,1 artaraq 75,5, real sektor (emalat sənayesi) güvən indeksi 1,3% azalaraq 103,9, xidmət sektoru güvən indeksi 2,4% azalaraq 110, pərakəndə ticarət sektor güvən indeksi 1,9% azalaraq 111,7, tikinti sektoru güvən indeksi isə 2,2% artaraq 91,0 oldu.

İqtisadi etimad indeksinin 100-dən yuxarı olması ümumi iqtisadi vəziyyətlə bağlı nikbinliyi, 100-dən aşağı olması isə ümumi iqtisadi vəziyyətlə bağlı bədbinliyi göstərir.

Günel Məlikzadə
Fins.az