Türkiyə Statistika Qurumunun (TÜİK) məlumatları oktyabr ayında xarici ticarət kəsirinin azaldığını təsdiqləyib.
Fins.az xəbər verir ki, xarici ticarət kəsiri oktyabr ayında əvvəlki ilin eyni ayına görə 17,5% azalaraq 7,9 milyard dollardan 6,5 milyard dollara geriləyib.
Eyni dövrdə ixrac əvvəlki ilin eyni ayına görə 7,4% artaraq 22,9 milyard dollara, idxal isə 0,6% artaraq 29,4 milyard dollara çatıb.
Enerji məhsulları və qeyri-monetar qızıl istisna olmaqla, ixrac 2023-cü ilin oktyabr ayında 4,6 faiz artaraq 19,7 milyard dollardan 20,6 milyard dollara yüksəlib.
Oktyabr ayında enerji məhsulları və qeyri-monetar qızıl istisna olmaqla idxal 18,8 faiz artaraq 18,6 milyard dollardan 22,1 milyard dollara yüksəlib.
Xarici ticarət kəsiri, enerji məhsulları və qeyri-monetar qızıl istisna olmaqla, oktyabrda 1,5 milyard dollar təşkil edib. Xarici ticarətin həcmi 11,5 faiz artaraq 42,8 milyard dollara çatıb. Sözügedən ayda enerji və qızıl xaric ixracın idxala nisbəti 93,2% olub.
Günel Məlikzadə
Fins.az