Bir araşdırmaya görə, dünyanın 25 böyük şəhərində evlərin qiymətlərinə diqqətlə nəzər saldıqda qiymətlərin kəskin azaldığını göstərir.
Dünyanın ən böyük 25 şəhərini araşdıran son Qlobal Daşınmaz Əmlak Bubble İndeksi, real ev qiymətlərinin orta hesabla 5% azaldığını və bu tendensiyanın davam edəcəyini göstərir.
Hesabatda göstərilən qiymət düzəlişləri 2008-ci ildəki maliyyə böhranı zamanı dünyaya ağır zərbə vuran şəhərlərdə daşınmaz əmlak köpüyü riskini əhəmiyyətli dərəcədə azaldıb.
Hesabata görə, yalnız iki şəhər - Sürix və Tokio "köpük riski" kateqoriyasında qalıb, keçən il doqquz şəhərdən aşağı.
Frankfurt, Münhen və Amsterdam Avropanın daha aşağı riskli "həddindən artıq qiymətləndirilmiş" kateqoriyasına düşərək əvvəlki ildən dəyişməz qalan Cenevrə, London, Stokholm və Parisə qoşulan şəhərlərdir.
Günel Məlikzadə
Fins.az