Sabancı Holdinqin Korporativ Müəssisə Kapitalı Fondu Sabancı Ventures son sərmayəsini İsveçrədə yerləşən hidrogen saxlama həlləri şirkəti GRZ Technologies SA (GRZ)-a edib.
Fins.az Sabancı Holdinqdən verilən açıqlamaya istinadən xəbər verir ki, davamlılıq və sıfır emissiya hədəflərinə töhfə verəcək bu investisiya, qrupun yaşıl hidrogen ekosisteminin ilkin mərhələsindəki mövqelərini də dəstəkləyəcək.
Sabancı Ventures son aylarda yaşıl hidrogenə ilk sərmayəsini tamamladı və Sinqapur mərkəzli SungreenH2 şirkətinə sərmayə qoyduğunu açıqladı. Asiya Sakit Okean regionundan sonra Avropa mərkəzli GRZ-yə sərmayə qoyaraq yaşıl hidrogen sahəsində qlobal böyümə əzmini nümayiş etdirən Sabancı Qrupu bu investisiya ilə “Dünyanın Sabancısı” vizyonunu da gücləndirdi.
Günel Məlikzadə
Fins.az