BİZNES

02 Dekabr

Xaricdə birbaşa investisiyaların həcmi 4,7 milyard dollara çatıb - TÜRKİYƏ

PwC Türkiyə “Xarici İnvestisiyalar Araşdırması”nda 2021 və 2022-ci illərdə Türkiyədə rezidentlər tərəfindən xaricə yatırılan birbaşa investisiyaların həcminin orta hesabla 4,7 milyard dollara çatdığını açıqladı.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, PwC Türkiyə “Xarici İnvestisiyalar Araşdırması”nda müxtəlif sektorlarda aparıcı şirkətlərlə xarici investisiyalar üzrə araşdırma aparıb. Tədqiqat çərçivəsində şirkətlərin yüksək səviyyəli menecerlərindən hazırda xaricə yatırdıqları investisiyalar və gələcəkdə etməyi planlaşdırdıqları sərmayələr haqqında fikirləri soruşulmuş və bu kontekstdə onların meylləri təhlil edilmişdir.

Tədqiqatla bağlı dərc olunan hesabatda iştirakçıların təxminən 66 faizinin investisiyalar üçün Avropa (30 faiz), Şimali Amerika (ABŞ və Kanada, 18 faiz) və Avrasiyaya (18 faiz) üstünlük verdiyi qeyd olunub.

Ən çox investisiya yatırılan ölkələr araşdırıldığında Almaniya, Rumıniya, ABŞ və Rusiyanın bütün variantlar arasında ümumi payının 54 faizə çatdığı görülür. İştirakçılar investisiya yerini təyin edərkən ən vacib hesab etdikləri üç amili əhəmiyyət sırasına görə sıraladıqda, “Coğrafi Yer Üstünlüyü”, “İnvestisiya Mühiti” və “Bazar Ölçüsü/Alternativ Bazarlara Çıxış” variantları ön plana çıxdı.

Günel Məlikzadə
Fins.az