General Motors-un keçən il aldığı avtonom taksi şirkəti Cruise-un həmtəsisçisi və baş direktoru Kayl Foqt istefa verib.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, yeni nəsil texnologiya startapları avtomobil sənayesinin transformasiyasında əsas rol oynayır. 2022-ci ildə General Motors, SoftBank Vision Fund 1-dən sürücüsüz avtomobil texnologiyasını inkişaf etdirən Cruise-u 2,1 milyard dollara satın aldı.
Kaliforniya Avtomobil Vasitələri Departamenti avtonom sürücülük qəzalarından sonra Cruise-nin ictimai yollarda sürücüsüz nəqliyyat vasitələrini idarə etmək icazələrini dayandırdı. Kayl Foqt hadisədən sonra verdiyi açıqlamada, "CEO olaraq Kruiz-in bugünkü vəziyyətinə görə məsuliyyəti öz üzərimə götürürəm. Heç bir bəhanə yoxdur və baş verənləri ört-basdır etmək yoxdur. Biz təhlükəsizlik, şəffaflıq və ictimaiyyətlə əlaqəni ikiqat artırmalıyıq" dedi.
Günel Məlikzadə
Fins.az