BİZNES

04 Noyabr

Azərbaycanın inşaat bazarı bərbaddır - Kəmaləddin Mənsimov

Azərbaycanın inşaat bazarı bərbaddır, çünki sağlam rəqabət yoxdur.

Bunu Fins.az-a açıqlamasında “Nabucco AC” MMC-nin təsisçisi və  icraçı direktor Kəmaləddin Mənsimov deyib.

K.Mənsimovun sözlərinə görə, faəliyyət göstərdikləri şirkətin xidmətləri qiyməti layihə və texniki tapşırıq əsasında formalaşır. O, bunu belə izah edib:

“Bu sahədə qiymətlər tənzimlənmir. Belə ki, sifarişçilərin xəsisliyi ucbatından inşaat şirkətləri çox böyük əziyyət çəkirlər. Biz metal konstruksiya sahəsində xidmət göstəririk. Xidmətlərimizin qiyməti çəkiyə görədeyil, layihə və texniki tapşırıq əsasında formalaşır”.

İnşaat bazarında hər bir şirkət məhsulunun keyfiyyətini özü yaratdığını deyən şirkət rəhbəıri bildirib ki, müəssisələr təqdim etdiyi məhsulların keyfiyyətinə cavabdeh olur. O, inşaat məhsullarının keyfiyyəti ilə bağlı qeyd edib ki, Bakıda S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunda inşaat məhsullarının keyfiyyətinin yoxlanılması üçün laboratoriyalar var və bu laboratoriyalarda məhsulların keyfiyyət dərəcələri yoxlanılır.

Məlumat üçün bildərk ki, “Nabucco AC” MMC fəaliyyətinə 2009-cü ildən başlayıb. Bu zaman ərzində bir çox kənd təsərrüfatı, sənaye və kommersiya təyinatlı tam komplektli hermetik polad binaların layihələndirilməsi, istehsalı, çatdırılması, quraşdırılması və servisini həyata keçirib. Yarandığı gündən yüksək keyfiyyəti, davamlı inkişafı və peşəkarlığı rəhbər tutan şirkət, fəaliyyət göstərdiyi illər ərzində Azərbaycanda çoxlu sayda layihələr həyata keçirib.

Məhəbbət Məmmədov
Fins.az