Beynəlxalq təcrübəni öyrənməklə tibb sahəsində nələr baş verəcək, hansı dəyişikliklər olacaq kimi proqnozları əvvəlcədən vermək mümkündür. Bu baxımdan hər zaman bir addım öndə olmağa çalışırıq. Çünki beynəlxalq təcrübələr müəyyən müddətdən sonra Azərbaycan bazarına təsir edəcək.
Bunu Fins.az-a açıqlamasında “Makromed” MMC-nin direktoru Anar Lətifov tibb sahəsində beynəlxalq təcrübənin daxili bazara faydaları ilə bağlı danışarkən bildirib.
O, qeyd edib ki, beynəlxalq təcrübənin tətbiqi ilə Səhiyyə Nazirliyi, Analitik Ekspertiza Mərkəzi, Qida Təhlükəsizliyi Agentliyi kimi tənzimləyici orqanlar məşğul olurlar və adıçəkilən qurumlar beynəlxalq təcrübələrin müsbət tərəflərini mütəmadi olaraq bizim qanunvericiliyə salıb, tibb sahəsini təkmilləşdirməyə çalşırlar:
“Şirkət olaraq beynəlxalq arenada nələr baş verdiyini daim araşdırırıq. Xaricdə təşkil olunan böyük sərgilərdə, konfranslarda iştirak edirik. Oradan əldə etdiyimiz informasiyanı analiz edib, sistemləşdirib, yerli bazara ötürürük. Hər zaman tibb sahəsində fəaliyyət göstərən yerli sahibkarlara dəstək olmağa çalışırıq. Bundan başqa, tibb müəssisələrinin layihələndirmə işlərində də yerli şirkətlərə dəstək oluruq. Beynəlxalq təcrübədə istifadə olunan daha üstün səviyyəli, yeni və təhlükəsiz avadanlıqları partnyorlarımıza təklif edirik”.
Tibbi məhsulların keyfiyyət göstəriciləri necə müəyyən olunmasına da aydınlıq gətirən A.Lətifov vurğulayıb ki, tibb məhsulları bir çox kateqoriyaya bölünür:
“Bu kateqoriyalar müxtəlif növdə olduğu üçün bu səbəbdən bir çox keyfiyyət standartları da (GxP,İSO, HACCP, və s.) mövcuddur. Belə standartların mövcudluğu məhsulun keyfiyyətli olmasına zəmanət verməyə bilər. Çünki bu standartları akkreditasiya olunmuş müəssisələr, dövlət orqanları ilə yanaşı, həmçinin sahə ilə bağlı anlayışı olmayan və akkreditasiya olunmamış şirkətlər də verə bilir. Digər bir faktor isə akkreditasiya olunmuş və keyfiyyət standartları verən müəssisələrdə və dövlət orqanlarında ikili standartlar mövcuddur. Belə ki, bəzi ölkələrdə istehsalatı aktivləşdirmək üçün bir çox çatışmazlığı olmasına baxmayaraq müəssisələrə keyfiyyət standartı verilir. Bütün bunlar nəzərə alınaraq, bəzi ölkələrin verdiyi keyfiyyət standartları Azərbaycanda keçərli olmaya bilər. Bu, yalnız tibb sahəsində deyil, digər sahələrdə də mövcuddur”.
Bu səbəbdən risklər nəzərə alınaraq həmin müəsisilər aidiyyatı dövlət qurumu tərəfindən mütamadi olaraq yoxlanılır və uyğunsuzluqlar aşkar edilərsə sözügedən nöqsanlar aradan qaldırılanadək həmin məhsullarının idxalına və ölkə ərazisində tədbiqinə yol verilmir.
Müsahibə zamanı şirkət rəsmisi sözügedən məsəslinin əhali üçün əhəmiyyətini nəzərə alaraq gələcəkdə bu sahədə bir sıra işlərin görüləcəyini vurğulayıb:
“Keyfiyyət sistemi barəsində kifayət qədər çox məlumat vermək olar. Düşünürəm ki, Makromed şirkəti olaraq gələcəkdə bunula bağlı təlim proqramları hazırlasaq və insanları maarifləndirsək daha yaxşı nəticə əldə etmiş olarıq”.
Məlumat üçün qeyd edək ki, “Makromed” MMC 2010-cu ildə Azərbaycanda təsis olunan tibbi konsaltinq şirkətidir. Şirkət dünyanın bir çox aparıcı əczaçılıq şirkətləri ilə əməkdaşlıq edir. Azərbaycan əczaçılıq bazarının xüsusiyyətlərini nəzərə alaraq, “Makromed MMC” peşəkar mütəxəssislər qrupu sayəsində yüksək səviyyəli əczaçılıq xidmətləri təklif edir.
Məhəbbət Məmmədov
Fins.az