BİZNES

18 Oktyabr

İtaliyadan Türkiyə limanlarına 16 milyon tondan çox yük daşınıb

2023-cü ilin yanvar-sentyabr aylarında İtaliyadan Türkiyə limanlarına 16 milyon 648 min 421 ton yük daşınıb.

Fins.az TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.

Məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər İtaliyadan limanlara 4 milyon 765 min 301 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 11 milyon 490 min 360 ton yük çatdırıb.

Bu müddət ərzində İtaliya bayraqlı gəmilərlə Türkiyə limanlarına 392 min 760 ton yük çatdırılıb. 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyə limanlarına İtaliyadan 17 milyon 970 min 719 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2023-cü ilin sentyabr ayında Türkiyə limanları 32 milyon 24 min 971 ton yük qəbul edib.

2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyə limanları 292 milyon 607 min 632 ton yük qəbul edib.

Bundan əlavə, 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyə bayrağı altında üzən gəmilərlə yük qəbulu 21 milyon 745 min 148 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 270 milyon 862 min 484 ton təşkil edib.

Məlumata əsasən, 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyə limanlarından 51 milyon 722 min 881 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2022-ci ildə Türkiyə limanları 394 milyon 90 min 21 ton yük qəbul edib.

Bu dövrdə, Türkiyə bayrağı altında üzən gəmilərlə yük qəbulu 28 milyon 443 min 135 ton təşkil edib. Digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 365 milyon 646 min 886 ton təşkil edib.

2022-ci ildə Türkiyə limanlarından 81 milyon 18 min 986 ton tranzit yük daşınıb.

Fuad Mədətov
Fins.az