BİZNES

21 Oktyabr

Sahibkarlar françayzinq zamanı məşhur brend əldə edir – Camid Mövsümov

Azərbaycan Françayzinq Assosiasiyasının (AFA) İdarə Heyətinin sədri Camid Mövsümovun Fins.az-a müsahibəsi.

- Azərbaycan Françayzinq Assosiasiyası fəaliyyət istiqamətini nəzərə alsaq, kifayət qədər uğurlu layihələrə imza atıb. Hazırda Assosiasiya nə kimi layihələr üzərində çalışmağı və yeni əməkdaşlıqlar etməyi planlaşdırır?

- Azərbaycan Françayzinq Assosiasiyası 2022-ci ilin 30 iyulunda təsis olunub. Yaranan gündən məqsədimiz odur ki, qlobal şirkətlərlə əməkdaşlıq edək. Bu günədək müəyyən nailiyyətlər əldə etməyə çalışmışıq. Əsas nailiyyətimiz isə bir illik nəticə olaraq ilk istehsalat müəsisəsini yaratmağımız oldu. Türk sahibkar tərəfindən Qubada şokalad firmasının istehsal müəsisəsi quruldu. Bir milyon dollarlıq yatırım planlanıb. İlkin olaraq, beş yüz min dollar yatırım olub. Növbəti mərhələdə isə məbləğin digər hissəsini yatırım edəcəklər. Bu məbləğ isə restoran və mağaza açılışına sərf olunacaq. Bu da bizim ilk layihəmiz olacaq. Növbəti hədəfimiz isə on milyon dollar məbləğə çatmaqdır.

Digər bir layihəmiz Macarıstanın tanınmış şirkəti ilə müqavilə bağlamışıq. Belə ki, şirkət həm qlobal səviyyədə tanınır, həm də dünyanın bir çox ölkələrində fəaliyyət göstərir. Şirkət rəsmiləri daha bir ofisini Azərbaycanda yaratdılar. Azərbaycanda bizim yeni bir tərəfdaşımız var. Keçən ay Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutu ilə Memorandum imzaladıq. Memoranduma əsasən Macarıstan şirkəti ilə Azərbaycana yeni bir təklif hazırlayıb göndərdik. İşğaldan azad olunmuş ərazilərin ekoloji çirkləndirilməsinin sənədini vermək istəyirik. Bu beynəlxalq sənəd dünya səviyyəsində tanınır.

Bundan başqa, dünyanın üç ölkəsi ilə danışıqlar gedir: İngiltərə, Almaniya və Türkiyə. Məqsəd Azərbaycanda elektromobil doldurma məntəqələri yaratmaqdır. Əsas hədəfimiz bölgələrə fokuslanmaqdır. Bakıda isə 8 elektromobil doldurma məntəqəsi yaratmaqdır.

Bütün bunlardan əlavə “Turan İqtisadi Forumu”na da ciddi hazırlaşırıq. Bu forum iki hissədən ibarət olacaq: Biri forum, digəri isə yarmarka tipli. Sahibkarlar stendləri ilə iştirak edəcəklər, investorlar isə qarşılıqlı əməkdaşlığa səy göstərəcəklər. Bu da fevral ayına təsadüf edəcək. Məqsədimiz böyükdür və buna görə də hədəflərimizə fokuslanmışıq. 7 illik layihədir, əslində 8 ilə qaldırmaq istəyirik.

- Mütəxəssislər françayzinq sahəsində brend sahibinə ödəmələrdən əlavə gəlir qazanmağı müsbət hal kimi dəyərləndirirlər. Azərbaycanda franşiza alınması üçün sahibkarlar nədə diqqətli olmalıdırlar? Ümumiyyətlə, nəyi məsləhət görürsünüz?

- Burada çox gözəl məqama toxunursunuz. Məsələ odur ki, bizim sahibkarlarımız françayzinq anlayışından uzaqdırlar. Elə düşünürlər ki, əgər ödəmə ediriksə, əlavə xərc yaranır. Amma belə deyil. Düşünün ki, bir marka yaradırsınız. Bu prosesə başlayanda nə qədər yollardan keçirsiniz. Franaçayzinq zamanı isə siz marka alırsınız və hazır marka aldığınıza görə siz məşhur brend əldə edirsiniz. Belə markaların da hazır alıcı kütləsi var. Bilirik ki, bu markanı tanıyırlar. Burada xidmət keyfiyyətini qurduğunuz zaman işləriniz qaydasında gedir.

Sahibkarların maliyyə savadlılığı olmadıqda, məlumatsız qaldıqda ciddi problemlər yaranır və belə hallarda hər hansı fiziki şəxs marka qarşısında ciddi problem yaşayır, həmçinin sahibkar xeyir qazanmaq istəyirsə, ziyana düşür. Biz ilk növbədə françayzinq dəyərlərini aşağı çəkirik. Markalarla danışıqlar aparırırıq. Misal üçün, qardaş Türkiyədən olan markaları Azərbaycana gətirəcəyimiz zaman müəyyən şərtlər irəli sürür. Mən onlara bildirirəm ki, sən istədiyin bu rəqəm Azərbaycan bazarı üçün keçərli deyil. Markanın Azərbaycan sahibkarı ilə ərəb sahibkara yanaşması eyni idi. Biz isə onu ölkəmizə dəvət edib, ölkəmizin ab-havası ilə tanış etdik. İzah etdik ki, Azərbaycan Dubay deyil. Tələblərin bizə uyğun olmalıdır. Markanı bazarda tanıdana qədər xeyli zamana ehtiyac var. Heyətin qurulması və kadr məsələsi var. Ona görə də sahibkar buna diqqət etməlidir.

- Franşiza satışı üzrə də müəyyən anlaşılmazlıq olur ki, burada da sizin xidmətlərinizə ehtiyac duyulur. Bu məsələdə hansı növ françayzinq formalarını həyata keçirmək məqsədə uyğundur?

- Françayzinqin bir neçə formaları var. Ən üstünü isə master franaçayzinqdir. master franaçayzinqdə markanın ölkə təmsilçiyini edirsiniz. Belə ki, siz istənilən markanın franaçayzinqini alıb, ölkəyə gətirirsiniz, amma bu, master franaçayzinq hesab olunmur. Artıq burada maraqlı tərəf sahibkarlar olur. Bir tərəf burada uğurlu olduqda, digər sahibkar, hətta səninlə üzbəüz eyni kateqoriyadan olan obyekt açır. Artıq burada hər ikisinə ziyan olur. Hazırda bir neçə supermarketlərimiz franaçayzinq edir. Amma elə etmək lazımdır ki, franaçayzinqi investisiya yönümlü olsun.

- Ümumiyyətlə, bazara nəzər yetirsək, kiçik və orta biznes subyektlərinin çoxluğu ölkə iqtisadiyyatının inkişafına, xüsusilə biznes sektorunun inkişak etməsinə təkan verir. Françayzerlər və françayzilərin bu proseslərə maraq dairəsi nədir?

- Burada da kiçik sahibkarların françayzinq etmələrinə çox böyük önəm var. Çünki sahibkar brendləşməyə getməlidir ki, həmin brendləşmə altında nəzərdə tutulan müəsissəni qursun. Bu birinci növbədə Dövlət Məşğulluq Xidmətinə, ikinci növbədə Azərbaycan Qida Təhlükəsizliyi Agnetliyinə xidmət edəcək ki, orada həmin normativlərə uyğun olacaq. Onları bu yükdən qurtarmış olacağıq. Asossasiya olaraq bizdə çalışan mütəxəssislərin sertifikatlarını da həyata keçirmək istəyirik. Orada çalışanlar müəyyən bir sertifikasiya prosesindən keçsinlər və insanlara xidməti daha peşəkar aparsınlar. İstəyirik ki, bu kimi işlərin sistemləşməsinə dəstək olmuş olaq və dövlətimizə də bir növ xidmətdə rolumuz olsun.

Maraq dairəsi odur ki, vahid brendləşməyə gedəndə artıq sənin alıcı kütlən yaranır. Misal üçün, biz bir brend yaradırıq və buna uyğun normativlər qoyuruq. Dövlət paketlərini ona uyğun yönləndiririk və həmin normativlər arasında başlayır. Həm də müştəri inamı yaranmış olur.

- Sahibkarlar bredin tanınması, ənənəvi üsul-aylıq ödəniş metodu, yoxsa mövcud biznes modelindən istifadə edilməsinə üstünlük verirlər?

- Qeyd edim ki, hər hansı brendi sıfırdan yaratsanız ciddi xərclər tələb olunur. Bunun markasını, logosunu və başqa bu kimi xüsusiyyətləri yaratmalısınız. SMM işinə müəyyən vəsait xərcləməlisiniz. Burada çox böyük vəsait tələb olunur. Amma mövcud marka alsanız, bu, sizə daha sərfəli qiymətə başa gəlir. Sadəcə olaraq, mövcud konseptinə uyğun olaraq Azərbaycanda sosial medianızı qurursunuz və onun üzərindən addımlayırsınız.

Fuad Mədətov
Fins.az