BİZNES

22 Oktyabr

Logistika sahəsində xarici ölkələrin qaydalarına diqqət etmək lazımdır

"One Touch Trade and Logistics" şirkətinin marketinq mütəxəssisi Tunar Əmirovun Fins.az-a müsahibəsi.

- Şirkətin əsas iş prinsipi və xidmətləri nədir?

- Bizim şirkətimizin əsas iş prinsipi müştəri məmnuniyyəti üzərində qurulub. Bundan əlavə, şirkətin dəyərləri var ki, bunları 6 yerə bölə bilərik: etibarlılıq, bütünlük, məsuliyyət, əməkdaşlıq, şəffaflıq və s. Şüarımız isə “Logistika ilə əlaqələr qurmaqdır!”. Bu, təkcə şirkətlər arasında deyil, həmçinin Azərbaycanı təmsil edən, Azərbaycanı başqa bir ölkə ilə birləşdirmək, onlar arasında körpü əlaqələri qurmaq və s. Biz demək olar ki, dünyanın hər bir yerinə çatdırılma edə bilirik. Elə ola bilər ki, Azərbaycanı bizim şirkətlə tanıyarlar. Bu da bizim şirkət üçün böyük uğurdur. Dəmir yolu bizim xidmətə daxildir, eyni zamanda yüksək səviyyədə ixtisaslaşıb. Demək olar ki, bütün daşıma növlərindən istifadə edə bilirik.

- Azərbaycandan hansı məhsulların daşınmasına daha çox təlabat var? Müraciətlər əsasən hansı məhsulların daşınması üzrədir?

- Son dönəmlərdə, xüsusən də Vətən Müharibəsindən sonra Azərbaycanın strateji önəmi daha da artıb. Düşünürəm ki, dövlət başçısı İlham Əliyevin siyasəti də burada rol oynayır ki, Zəngəzur dəhlizinin Azərbaycanın, xüsusən də Avropa ölkələrin və Şərq ölkələrinin etibarlı tərəfdaşına çevrilib. Buna görə də ixrac və idxal daha da artıb. Təlabat isə neft və qeyri-neft məhsullarınadır.

- Yüklərin daşınması üçün optimal sayılacaq yoldan istifadə olunur? Gələcək perspektivləri də nəzərə alsaq, bu məsələdə Zəngəzur dəhlizinin diqqətə alınması əsas prioritetlərindən hesab etmək olar?

- Hər bir müştəriyə və sorğuya individual yanaşırıq. Bizim Rusiya, Hindistan, Fars Körfəzindən Azərbaycana, oradan isə Rusiyaya gedən bir marşrutumuz var. Bu marşrut üzrə istənilən yerə daşınma edə bilirik. Bu, sadəcə bir nümunədir. Şərqi Asiyadan başlayaraq Avropaya da marşrutlarımız var. Ona görə də müştərilərin istəyinə uyğun hərəkət edirik. Zəngəzur dəhlizinə gəldikdə isə bu, çox stratejik perspektivdir. Çünki ilk növbədə Türk xalqlarını birləşdirir. Üstəlik orada həm avtomobil yolu, həm də dəmir yolu tikilir. Bu da çox yaxşı perspektivdir. Xüsusilə dəmir yolundan ixtisaslaşdığımız üçün bizə daha uyğundur.

- Ümumiyyətlə, yükdaşıma şirkətləri arasında rəqabət qabiliyyəti hansı səviyyədədir? Bu prosesdə təlabat və keyfiyyət göstəriciləri hansı kriteriyalara əsasən müəyyən olunur?

- Məncə, logistika elə bir sahədir ki, ona təlabat hər zaman olur. Bunu pandemiyada da gördük. Çünki çox sayda bizneslər fəaliyyətini dayandırmışdı, amma logistika davam edirdi. Belə olduğu halda, təlabat daha da artır. Təlabat olan yerdə rəqabət də yaxşı olur. Azərbaycanda da rəqabət kifayət qədərdir. Şirkət olaraq daha çox uğur əldə etmişik. Keyfiyyət kriteriyalarına gəldikdə isə fikrimcə, müştərinin sorğusunu lazımınca dəyərləndirmək, şirkətin məhsullarını dorğu düzgün çatdırma göstəriciləri ola bilər ki, bu da şirkətin yüksək göstəriciləri üzrə faktorudur.

- Bu ilin ölkə üzrə yükdaşıma sahəsində statistik göstəricilərinə nəzər saldıqda, artım müşahidə olunub. Bu artım tariflərə nə dərəcədə təsir edib? Ümumiyyətlə, tariflər necə müəyyən olunur və xərclər necə tənzimlənir?

- Ölkə üzrə götürsək 10% artım müşahidə etmək olar. Tariflər isə stabil olmur, dəyişə bilər. Amma ilin əvvəli və sonunda təlabat fərqləri olur. İyun-avqust aylarında təlabat nisbətən aşağı düşür. Tariflər dəyişməsə də, İsveç Frankı ilə hesablandığına görə, qiymətlər aşağı və yuxarı ola bilir.

- Sahibkarlar logistika sahəsində hansı problemlərlə üzləşirlər? Həmçinin sahibkar olaraq sizi nə kimi problemlər narahat edir?

- Azərbaycanda qeyri-neft sektorunda çox böyük inkişaf var. Statistikalara baxsaq, turizmdən gələn sahə olan logistika sahəsinə də çox böyük diqqət ayrılıb. Bəzən olur ki, əməliyyatlarda problemlər olur, bu da bizdən asılı olmayan məsələlərdir. Buna isə səbəb təbii fəlakətlər, avtomobillərin yolda sıradan çıxması və pandemiya kimi hadisələri misal göstərmək olar. Beynəlxalq şirkət olaraq həm ölkə üzrə, həm də xarici qaydalara riayət etməliyik. Xarici ölkələrin qaydalarına diqqət etmək lazımdır. Bəzən dəyişiklik olan zaman onlarla ayaqlaşmaq gedişata təsir edir. Bundan əlavə, təhlükəsizlik məsələləri də var. Misal üçün, anbarların qorunması, kiber təhlükəsizlik məsələləri və yaxud malların daşınan zaman zədələnmələləri ola bilər. Bu da bizim xərclərimizə təsir edir. Son zamanlar ekoloji baryerlər də təsir edir. Misal üçün, karbon qazının havaya buraxılması və  başqa bu kimi amillər işin gedişatına təsir edən mexanizmlərdir.

Məsuliyyət müəyyən mənada bir növ sahibkarın üzərinə düşür. Belə ki, əvvəlcədən məhsul zədələnirsə, məsuliyyət artıq sahibkarın üzərində olur. Bu, bir növ şirkətin repitasiyası üçün də çox önəmlidir. Bizdə işçilər 7/24 çalışır. Buna görə də bizdə hər daim nəzarət var. Əməkdaşlarımız tez-tez yolda olan mallarla bağlı məlumat alırlar.

- Şirkətin bu ilin II rübündə maliyyə göstəriciləri haqqında nə deyə bilərsiniz?

- İkinci rübünü götürsək, il ərzində gəlir göstəriciləri dəyişə bilər. Hər il getdikcə artım var. Faiz göstəriciləri ilə desək, 40%-ə qədər artım müşahidə olunur.

Fuad Mədətov
Fins.az