BİZNES

30 Sentyabr

Bakıda Mobil Group-un təşəbbüsüylə dövlət rəsmiləri və sahibkarların iştirakıyla görüş keçirilib

Dünən Bakıda gömrük təmsilçiliyi və beynəlxalq yükdaşıma xidmətləri daxil olmaqla müxtəlif sahələri özündə birləşdirən “Mobil Group” şirkətlər qrupunun baş ofisində dövlət rəsmiləri və sahibkarların iştirakıyla görüş keçirilib.

Fins.az xəbər verir ki, tədbirin moderatoru, şirkətin “Biznesin inkişafı” şöbəsinin direktor müavini Sarvan Allahverdiyev qonaqları salamlayaraq tədbirin keçirilməsində məqsəd dövlət qurumları və sahibkarlar arasında əlaqələrin genişlənməsi, rəqəmsallığın tətbiqi mövzuları ətrafında müzakirələr aparmaq, fikirlər almaq mahiyyəti daşıdığını bildirib.

“Mobil Group” şirkətinin direktoru Vüsal Xəlilov çıxış edərək qeyd edib ki, dünya sürətli rəqəmsal dəyişikliklərin yaşandığı bir dövrdədir və bu yeniliklər iş dünyasına da təsir edir. V.Xəlilov xüsusilə vurğulayıb ki, şirkət tərəfindən sahibkarların maarifləndirilməsi və onların qarşılıqlı əlaqələr qurulması yönündə də perspektivli layihələr həyata keçirilir:

“Dövlət qurumları və sahibkarlar arasındakı əlaqələrin genişləndirilməsi, bu dəyişikliklərə uyğun şəkildə cavab vermək üçün kritik əhəmiyyət daşıyır. Dövlət qurumları və sahibkarlar arasındakı əlaqələrin möhkəmləndirilməsinin əsas təlimatlarından biri iş sahəsində rəqəmsal inkişafdır”.

Bir ölkənin güclü olması onun iqtisadiyyatıın inkişafından çox asılı olduğunu deyən millət vəkili Vüqar İsgəndərov, Azərbaycan Respublikası iqtisadiyyat sahəsində, sahibkarlarla bağlı məsələlərdə Milli Məclisdə qanunvericilik bazasında kifayət qədər yeni qanunların qəbul edildiyini söyləyib:

“Əsas məqsəd özəl sektorun inkişafı, ümumiyyətlə, iqtisadiyyatda neft gəlirlərindən başqa digər sahələrimizin də inkişafı üçün dövlət kifayət qədər işlər görür. Dövlət kiçik və orta biznesdən böyük biznesə qədər sahibkarların yanında olduğunu hər zaman nümayiş etdirir. Bunun üçün sahibkarlara kömək məqsədiylə kifayət qədər dövlət orqanları mövcuddur. Beynəlxalq arenada da Azərbaycan şirkətlərinin sayı artmaqdadır ki, bu da qürüverircir və təqdirəlayiqdir”.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Hikmət Məmmədov KOBİA-nın fəaliyyəti ilə bağlı məlumat verərək qurumun məqsədləri, fəaliyyət prinsipləri, həyata keçirdiyi işlər, sahibkarlara dəstək mexanizmləri haqqında danışıb. O, bildirilib ki, əsas məqsəd KOB-ların iqtisadi inkişafda rolunun, ÜDM-də və məşğulluqda payının artırılması, rəqabət qabiliyyətinin gücləndirilməsi, ölkədə gündəlik istehlak malları ilə təminatın əsasən KOB subyektləri vasitəsilə həyata keçirilməsi və onların xarici bazarlara çıxış imkanlarının genişləndirilməsidir.

Tədbirdə daha sonra “VT Company” şirkətinin rəhbəri Vüqar Bağırov, Fins.az xəbər portalının baş redaktoru, jurnalist Fuad Mədətov, “Arkas Logistik” şirkətinin Qrup Meneceri (Xarici Ofislər üzrə (MDB)) Mansur Axundov, “RSM Azerbaijan” MMC müstəqil auditor şirkətinin biznes konsultantı Orxan Rzayev, “Koç Holding’in Fintek şirkəti olan “Token Azerbaycan” MMC-nin CEO-su Raşit Kartal və “Peak Networking” şirkətinin rəhbəri Aysel Mirzəzadə mövzu ətrafında fikirlərini bölüşüb və müzakirələrdə iştirak ediblər.

Ümumiyyətlə, görüşdə, dövlət qurumları və sahibkarlar arasındakı əlaqələrin nə üçün əhəmiyyətli olduğu və rəqəmsal inkişafın bu əlaqələrin möhkəmləndirilməsinə necə kömək edə biləcəyi barədə ətraflı danışılıb.

Məlumat üçün qeyd edək ki, davamlı olaraq xidmət diapazonunu genişləndirməkdə olan “Mobil Group” özündə aid olduğu sektorun qabaqcıl şirkətlərini birləşdirir:

♦ Mobil Broker – Gömrük Təmsilçilik Xidməti

Mobil Broker 2017-ci ildən etibarən fəaliyyət göstərən ölkənin ən qabaqcıl gömrük brokeri şirkətlərindəndir. Şirkət gömrük orqanları ilə vətəndaşlar arasında etibarlı vasitəçidir. 

♦ Mobil Logistics – Beynəlxalq Yük Daşınması

Mobil Logistics beynəlxalq yük daşımalarını həyata keçirən etibarlı logistika şirkətidir. Sürətli və təhlükəsiz daşımanı özündə əsas prinsipə çevirən şirkət 150 yə yaxın ölkəyə və əks istiqamətdə yüklərin daşınmasını həyata keçirir.

♦ MOBEX – Sürətli Karqo Xidməti

Mobil Express MMC (qısa adla MOBEX) bağlamaların hava yolu ilə çatdırılmasını həyata keçirən sürətli karqo şirkətidir. Nüfuzlu aviaşirkətlərlə əməkdaşlıq edən Mobex, hazırda Türkiyədən şəxsi və korporativ yüklərin daşınmasını həyata keçirir.