BİZNES

15 Sentyabr

Azərbaycan regionlarında əsas kapitala investisiyalar artıb - Mikayıl Cabbarov

Bu ilin yanvar-iyun aylarında Azərbaycan regionlarında əsas kapitala investisiyalar 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,9% artıb.

Fins.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Nazir qeyd edib ki, regionlarda əsas kapitala yatırılan investisiyaların həcmi 3,1 milyard manat təşkil edib.

Fuad Mədətov
Fins.az