BİZNES

23 İyul

Fəaliyətimiz Azərbaycanda sahibkarlığın inkişafında innovativ yenilik gətirir – Akif Dəmirov

“As Avtomatika” MMC şirkətinin direktoru Akif Dəmirovun Fins.az-a müsahibəsi.

- “As Avtomatika” MMC şirkətinin əsas iş prinsipi və fəaliyyəti nədir?

- Bizim istiqamətimiz sırf kənd təsərrufatına aid işdir. Qısa zaman ərzində böyük işlərimiz var. İş fəaliyətimiz təkcə ölkə daxilində deyil, həm də xaricdə (Rusiya, Ukrayna, Gürcüstan, Özbəkistan, Moldova və s.) servis xidmətlərimiz mövcuddur. Sahəmiz biraz ağır olduğu üçün bilik və savad tələb edir. Sistemləri proqramlaşdırma, avtomatlaşdırma o deməkdir ki, insan faktorunun azaldırmasıdır. Burada  insan səhvlərinin minimuma endirilməsindən söhbət gedir. Çalışırıq ki, bu sahədə işləyək. Ölkənin böyük quşçuluq fabrikləri ilə çalışırıq. Hətta un məmulatları sahəsində də mövcuduq.

- Şirkətiniz Azərbaycanda avtomatlaşdırma texnikasının inkişafında daxili bazara təsiri hansı səviyyədədir?

- Düzünü desəm, bazar araşdırması etməmişəm. Amma ümumi götürəndə bizim gördüyümüz iş qədər böyük layihələr edən yoxdur. Anaoloji olaraq bizim kimi kompleks şəkildə iş görən yoxdur. Demək olar ki, rəqibimiz yoxdur. Qatıldığımız tenderlərdə ancaq xarici şirkətlər işləyir. Bizim kimi böyük həcmli işlər görən yerli şirkətlər yoxdur. Daxili bazar üçün daxili istehsal daha öndə olur. Çünki avtomatika istehsalını daxili bazar olduğu üçün demirəm, bunu hər hansı ölkə də edə bilər. Amma bunun sabahkı servis xidmətidir ki, bunlar vacib amildir və yaxşı mənada təsirimiz olduğunu düşünürəm. İşçi sayına nəzər etsək, azalma olmur. Sırf avtomatlaşdırma o demək deyil ki, hansısa işçiləri işdən qovmaq lazımdır, onlar artıqdır. Xeyr, elə deyil. Avtomatika orada çalışan işçilərin səhvlərini aradan qaldırır. Vacib şərtlərdən biri də budur! Məsələn, yem istehsalında rasyonun çəkiləri var. Biri var ki, əllə atasan və bura da insan səhv edə bilər. Artıq və ya əskik rasyonu poza bilər. Bu, heyvan və quş yeminin rasyonunun pozulması deməkdir. Amma bu sistemi avtomatlaşdıranda yenə həmin avadanlığı insan faktoru idarə edir. Amma avtomatik olduğuna görə, daha dəqiq olur. Həm də bunun qeydetmə tərəfi var. Bunun sabah araşdırılması olanda harada səhv varsa, bu ortaya çıxır. Yəni avtomatikanın özəlliyi budur. Bir sözlə avtomatlaşdırmanın işçi sayına təsiri yoxdur.

- Avtomatlaşdırma əmək məhsuldarlığını yüksəldir, enerjini və material istifadəsini azaltmaq üçün keyfiyyəti, dəqiqliyi və həssaslığı artırır. Bu proses insan resurlarına da təsir etməsini nəzərə alsaq, bunu necə dəyərləndirisiniz?

- Məncə insan resursu deyəndə az öncə qeyd etdiyimi məsələyə gəlib çıxır. Məsələn, bir insan bel ilə yem istehsal edirdi. Biz bunu avtomatlaşdırdıq, onun işini avtomatik bir cihaz yerinə yetirir. Fərz edək ki, işçi monitorun arxasında əyləşir və cihazı idarə edir. İnsan resursu burada vacib faktordur. Bu, insan effektivliyini daha da artırır. İşçi elektronika ilə işlədiyinə görə, daha da intelektual olur. Yəni mənə elə gəlir ki, bura da insan faktorunun dəyəri artır, nə inki azalır.

Şirkət olaraq təkcə işçilərlə deyil, ali təhsil müəssisələrlə də əlaqədəyik. Tələbə hazırlığında da fəaliyətimiz var. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universiteti, Milli Aviasiya Akademiyası və başqalarıyla da iş birliyimiz var. Çalışırıq ki, tələbələrə bir faydamız olsun. Alternativ kurslar da var, misal üçün Dövlət Məşğulluq İdarəsi ilə də iş birliyimiz var. Bugünkü gün ölkədə və dünyada elektrik və elektronika sahəsində kadr çatışmazlığı var. Getdiyimiz şirkətlərdə elektrik vakansiyası var, amma işçi tapılmır. Biz də çalışırıq ki, öz gücümüzə həmin kadrların hazırlamasında dövlət üçün bir töhvəmiz olsun. Kadr hazırlanmasında ödənişsiz bir addımdır ki, bu da bizim tərəfimizdən atılmış olur.

- Statistik olaraq, ölkə üzrə kiçik və orta biznes sahibkarların çoxluğunu diqqətdə saxlasaq, avtomatlaşdırma sistemlərinin onların işlərində nə kimi yeniklərə səbəb ola bilər?

- Sizə belə bir məlumat verim: illərdir ki, müəssisələri gəzirik, qonaq oluruq. Harada ki, avtomatika vacibdirsə, həmin yerdə onu təklif kimi təqdim edirik. Bu yaxınlarda konfransa dəvət olunmuşduq. Orada gənclərin sahibkar olduğunu görüb dedim ki, yaxın 5 ildə ixraca keçəcəyik. Çünki hər kəs yeniliyə can atır. İnsanların böyük əksəriyyəti gəncdir və gənc potensialı həm enerji, həm də xarici bazar araşdırması tərəfindən tam fərqlidir. Burada böyük rol oynayan faktorlardan biri də dil bilikləridir. Sovet dönəmində ingilis dili bu qədər populyar deyildi. Hər kəs rus dilində danışırdı. Amma indiki gənclərimiz ingilis dilini bilirlər. Onların xarici bazara daxil olması, ən azından internet üzərindən və yaxud səfərlər edərək xarici bazarlara təsir qüvvələri daha yüksəkdir. Amma biz sırf şirkət olaraq təklif etdiyimiz xidmətlətin azı 60%-ı qəbul olunur. Çünki effektivliyini sübut edirik. Bunu tətbiq etdikdə, həm səmərəlilik artır, həm də büdcə dəyişir. Adi bir motorların işlədilməsində invertor deyilən bir anlayış var ki, bu da elektrik enerjisinə qənaət edir. Eyni zamanda motorların səssiz işləməsində faydalı olur. Bir sözlə, kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar bundan yetərincə faydalana bilirlər.

- Dünyanın ən tanınmış şirkətləriylə (“Schneider Electric”, “Siemens”, “Esit”, “Delta”, “Entes”, “Baykon”) əlaqələrinizi əsas götürsək bu, ölkə iqtisadiyyatına nə kimi innovativ yeniliklər bəxş edir?

- Bunun yönəltmə izahını verə bilərəm. Bugünkü gündə 2-3 böyük şirkətlər var ki, elektronika sahəsində biri-birləri ilə həm məhsulun istehsalatı, həm də keyfiyəti tərəfindən böyük rəqabətdədirlər. Qeyd edim ki, “Siemens” və “Delta” kimi şirkətlər var ki, həmin brend şirkətlərin materialından istifadə edirik və çalışırıq ki, davamlı olsun.

Hacıqabul rayonunda yeni layihə götürmüşük. Belə Hacıqabul Quşçuluq Fabriki manual sistemlə çalışır. Hazırda biz onu avtomatlaşdırmaq üçün işləyirik. Bundan əvvəl nə problem var idisə, artıq kompüterdə qeydə alınacaq. Bir sözlə, fəaliyətimiz Azərbaycanda sahibkarlığın inkişafında innovativ yenilik gətirir.

- Ümumdünya İqtisadi Forumun məlumatlarına əsasən pərakəndə satış ilə məşğul olan mağazalarda icra olunan əməliyyatların 30-50%-ni avtomatlaşdırmaq mümkün olacaq və mütəxəssislərinin proqnozlarına əsasən kassirlərin əmək qüvvəsinin avtomatlaşdırma mümkünlüyü 97% təşkil edir. Bu, iqtisadiyyatın səmərələyinə, yoxsa insanların işsizliyinə təsir təsir edəcək amildir?

- Avtomatlaşdırma yenə eyni olaraq qalır. Siz dediyiniz sistem qonşu ölkə Rusiyanın paytaxtı Moskva şəhərində az da olsa var. Marketə daxil olub, aldığınız məhsulları kassaya getmədən QR kod vuraraq ödəniş edirsiniz. Məbləği ödəyəndən sonra sadəcə qapıda yoxlanış olur. Ümumi olaraq, bu sırf ticari sahədir. Bizim sahəmiz isə sənayedir. Oxşar olsa da, tam fərqli bir sahədir. Ümumilikdə götürəndə bunu ya kassada ödədin və yaxud da bir nəfər qapıda dayanıb, aldığın malları yoxlayırsa, toplananların yeri dəyişir. Mənə elə gəlir ki, kontaktsız ödənişlər gəlib çıxmasa, bu sistemlərin tətbiqi özünü doğrultmayacaq. Bizdə hələ ki, nəğd ödənişlərə üstünlük verilir. Nəğd ödənişlər aradan qalxmayınca, bu sistem özünü doğrulda bilməz. Müştəri marketə gedirsə və cibində 10 manat var. Bu 10 manatı orada kassirə verib çıxmalıdır. Amma biz deyimiz sistem sırf orada kartla ödənilməldir. Bizdə isə bəzi müştərilər kənarda qalmış olacaq. Bugünkü gündə bazarlarda çalışan adamlar ödənişlər nəğd üsulladır. Buna görə də onun təfəkkküründə onlayn ödəniş hələ yetişməyib. Biz insanları buna hazırlamalıyıq. Bu gün bazarda biri alma, biri göyərti satır. Gedib desən ki, mən kartla ödəniş edəcəyəm, deyəcək məndə həmin imkan yoxdur. Bu sistem kütləvi halda düzəldilməlidir ki, hər kəs faydalana bilsin. Məsələn, Avropada nəğd ödəniş yox səviyyəsindədir.

Fuad Mədətov
Fins.az