“PAŞA Property Management” şirkətinin Baş icraçı direktoru (СEO) vəzifəsinə Elçin Qədimov təyin edilib.
Fins.az xəbər verir ki, bundan əvvəl E. Qədimov şirkətin Baş kommersiya direktoru vəzifəsini icra edirdi.
E.Qədimov 2022-ci ilin əvvəllərinə kimi maliyyə və bank sektorunda müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, Cənubi Alabama Universitetinin MBA dərəcəsinə malikdir.