BİZNES

21 İyun

Regionlardakı sahibkarlar işə qəbulda daha çox qohumluq əlaqələrinə fikir verirlər - Orxan Məmmədov

Azərbaycanın regionlarında fəaliyyət göstərən sahibkarlar işə qəbul zamanı daha çox qohumluq əlaqələrinə fikir verirlər.

Fins.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün Bakıda keçirilən İnsan Resursları Zirvəsində - "Köçü qarşıla" mövzusundakı paneldə bildirib.

"Bu baxımdan sahibkarların bilik və bacarıqların artırılması əsas məsələlərdəndir. Onlar da insan resursları məsələsinə diqqət yetirsə, mənfəətlərini artıra biləcəklər. Ancaq regionlarda bu məsələyə az diqqət yetirilir. Orada daha çox qohumluq əlaqələrinə fikir verilir. Bu məsələyə dair dövlət qurumlarının məlumatlılığı artırılmalıdır. Biz də bu məsələni diqqətdə saxlayırıq və bundan sonra da iş adamları arasında maarifləndirmə işləri aparacağıq", - deyə o qeyd edib.