BİZNES

21 İyun

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə əlavə reys yerinə yetirib

Ötən gündən etibarən ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədar uçuşları təxirə salınmış sərnişinlərin daşınması üçün AZAL aviaşirkəti Bakı-Naxçıvan-Bakı marşrutu üzrə əlavə reys yerinə yetirib.

Fins.az xəbər verir ki, aviaşirkətin J2-2153 reysini yerinə yetirən təyyarə təxirə salınmış iki reysin sərnişinləri ilə birlikdə saat 12:37-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvana yola düşüb.

Beləliklə, təxirə salınmış reyslərin bütün sərnişinləri Naxçıvana yola düşüblər. Bundan sonra bu istiqamətdə uçuşların icrası əsas cədvələ uyğun olaraq davam edir.