BİZNES

20 İyun

Əkinçiliyin inkişafı layihəsinə 175 min manat güzəştli kredit verilib - Mikayıl Cabbarov

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu əkinçiliyin inkişafı layihəsi üzrə 175 min manat güzəştli kredit verib.

Fins.az xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov tviter hesabında bildirib.

O qeyd edib ki, vəsait Cəlilabad rayonunda fəaliyyət göstərən sahibkar Murad Həsənova ayrılıb.

Fuad Mədətov
Fins.az