BİZNES

16 İyun

Azərbaycanda çay və qənd istehsalı kəskin azalıb

2023-cü ilin ilk 5 ayında Azərbaycanda 4 min 419,4 ton çay, 126.1 min ton isə şəkər və qənd istehsal edilib.

Fins.az Dövlət Statistika komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə çay istehsalı 10%, şəkər və qənd istehsalı isə 2.9% azalıb.

Qeyd edək ki, 2023-cü ilin iyun ayının 1-nə şəkər və qəndin hazır məhsul ehtiyatı 33.8 min ton, çayın hazır məhsul ehtiyatı isə 96.4 ton təşkil edib.