PMWILL-in həm-təsisçisi Vüqar Rüstəmli Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində ikinci dəfə keçirilən Beynəlxalq Layihə İdarəetməsi Forumunda spiker kimi iştirak edib.
Fins.az xəbər verir ki, ilk Azərbaycanlı olaraq Foruma dəvət almış V.Rüstəmli dünyanın 20 ölkəsinin beynəlxalq layihə peşəkarları ilə birlikdə təqdimatla çıxış edib.
Spikerlər arasında dünyanın 2 nömrəli Liderlik İnkişaf Proqramının qurucusu və “The Vision Code” kitabının müəllifi Dr. Oleg Konovalov, PMO Qlobal Alyansının Direktoru Americo Pinto, Cənubi Koreyanın Səudiyyə Ərəbistanındakı Səfiri H.E. Join-Yong Park, və digər beynəlxalq düşüncə liderləri yer alıb.
2 gün davam edən forumda dünyanın 100 ölkəsindən 10000 iştirakçı qatılaraq layihə idarəetməsinin fundamentləri, müasir trendlər, gələcək perspektivlər, Süni İntellektin yaratdığı imkanlar, və insan resurslarının inkişafı haqqında çıxışlardan faydalanıblar. Vüqar Rüstəmli “Meqa Tədbirlərdə Layihə İdarəetməsi” adlı təqdimatında 12 illik fəaliyyətinə əsaslanaraq Azərbaycanda və digər ölkələrin ən yaxşı təcrübələrini paylaşıb.
Qeyd edək ki, Forum regionun ən geniş layihə idarəetmə platforması kimi Layihə İdarəetməsi İnstitununun yerli bölməsi, Səudiyyə Ərəbistanının nazirlikləri, dövlət şirkətləri, və fondları tərəfindən təşkil olunub.
PMWILL üç istiqamətdə fəaliyyət göstərərək layihə idarəetməsi üzrə araşdırma, konsaltinq və təhsil xidmətləri təqdim etməkdədir.