2023-cü ilin yanvar-may aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 25,9 milyard manat olmaqla 2022-ci ilin yanvar-may aylarına nisbətən müqayisəli qiymətlərlə 5,2% artıb.
Bu barədə Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edək ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə 4,9% artaraq 24,9 milyard manata bərabər olub, onun 45,2%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.