İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2023-cü ilin yanvar-may aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 13,5% artaraq 1168,7 milyon manat təşkil edib.
Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu xidmətlərin 76,7%-i əhali tərəfindən istehlak olunub.
Xidmətlərdən əldə edilən gəlirin 38,6%-i və ya 450,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.