BİZNES

14 İyun

4 il ərzində rəqəmsal xidmətlərin təkmilləşdirilməsi istiqamətində gördüyümüz işlərdən məmnunuq - Ceyhun Salmanov

4 il ərzində rəqəmsal xidmətlərin təkmilləşdirilməsi istiqamətində gördüyümüz işlərdən məmnunuq.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN Xidmət") sədrinin müavini Ceyhun Salmanov Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökumət İnnovasiyası və Rəqabətlilik Forumunda deyib.

"ASAN Xidmət" modeli kifayət qədər yaxşı rəqəmsallaşma səviyyəsinə əsaslandığlnl bildirən sədr müavini qeyd edib ki, bu cür xidmətlər rəqəmsallaşmanın yaxşı başlanğıcından xəbər verir:

"Bu, gələcək xidmətlərimizin başlanğıcı deməkdir. 4 il ərzində rəqəmsal xidmətlərin təkmilləşdirilməsi istiqamətində gördüyümüz işlərdən məmnunuq".

Fuad Mədətov
Fins.az